Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.04.2018

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

23 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Sonra 2017-ci ildə qəbul olunmuş fəlsəfə doktoru hazırlığı üzrə dissertantların fərdi planlarının təsdiqi müzakirəyə çıxarılıb. Təhsil şöbəsinin müdiri Q.Quliyeva məlumat verərək bildirib ki, fəlsəfə doktoru üzrə dissertanturaya 7 nəfər dissertant qəbul olub. Müzakirədən sonra dissertantların fərdi iş planı təsdiq olunub.
İnstitutda “Kitabxana və informasiya” şöbəsinin yaradılması diqqətə çatdırılıb. Akademik bildirib ki,şöbə elektron kitabxana bazalarının zənginləşdirilməsi, yeni elektoron məlumat bazalarının yaradılması işlərini həyata keçirir.
Qeyd edib ki, S. Zülfüqarovanın fəaliyyəti nəticəsində son illər kitabxanada canlanma yaranıb.
Sonra Elmi katib A.Məşədiyeva institut əməkdaşlarına dosent adının verilməsi məsələsini nəzərə çatdırıb. Kompüter dilçiliyi şöbəsinin müdiri filologiya elmləri doktoru Kamilə Vəliyeva, Hind-Avropa şöbəsinin aparıcı elmi işçisi Gülşən Axundova və Təhsil şöbəsinin müdiri Qətibə Quliyevaya dosent adının verilməsi barədə vəsatət qaldırılıb.
Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.