Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.05.2018

Hacettepe Universitetində görüş

Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun 2015-ci ilin əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi tədqiqat proqramlarının qalibi olmuş “Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin zənginləşməsi yolları” layihəsinin yerinə yetirilməsi üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakı ilə 7-11 may 2018-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində görüş keçirilib. Tədbir Hacettepe Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru professor Şükrü Haluk Akalının rəhbərliyi ilə keçirilib.


M.Nağısoylu görüş çərçivəsində “Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında” məruzəsilə çıxış edib. Akademik bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılardır. Bu baxımdan doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlunun (XIII əsr), xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük əhəmiyyət daşıyır. Sonra bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur.


Akademik Möhsün Nağısoylu vurğulayıb ki, ”Klassik Yaxın Şərq lüğətçiliyinin dəyərli nümunələrindən olan “Sihahül-əcəmiyyə” XIII əsr Azərbaycan-türk ədəbi dilinin ümumi mənzərəsini, xüsusilə də leksik tərkibini və söz yaradıcılığını öyrənmək baxımından zəngin material verən dəyərli bir yazılı qaynaqdır. “Sihahül-əcəm” lüğətində feildən ad düzəldən şəkilçilər daha geniş və çeşidli şəkildə təmsil olunmuşdur”.
Səfər çərçivəsində akademik Möhsün Nağısoylu Türk Dil Qurumunun sədri Mustafa Kaçalinlə görüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.