Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
06.09.2018

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi

6 sentyabr 2018-ci ildə Xarici İşlər Nazirliyində “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib. İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyulda imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsilə bir sıra tədbirlər haqqında” sərəncamına əsasən təşkil olunub.
İşçi qrupunun tərkibinə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Dillər Universiteti daxildir.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli və Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Mayıl Əsgərov iştirak edib.
Gündəlikdə layihənin tətbiqi, həyata keçirilməsi mexanizmi, icra müddəti, beynəlxalq təcrübə əsasında dəyərləndirilməsi və sair kimi məsələlər müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.