Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
08.09.2018

Azərbaycan dilinin paronimlər lüğəti

AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi dosent Nərgiz Musa qızı Hacıyevanın “Azərbaycan dilinin paronimlər lüğəti” işıq üzü görüb.
Lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədlidir. Lüğətin rəyçiləri professor Qara Məşədiyev , Nadir Məmmədli və dosent İntizar Salahovadır.
Azərbaycan dilində səslənməsində və tələffüzündə çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni köklu və müxtəlif köklü olaraq, dilçilikdə paronim sözlər adlanır. “Azərbaycan dilinin paronimlər lüğəti” paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət “Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və somatik frazeoloji paronimlərin izahından ibarətdir. Nitqdə bəzən kalambur məqsədilə, bəzən də bilməyərəkdən səhv işlədilən bu sözlərdən bədii ədəbiyyatda geniş istifadə olunur.
Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.