Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.10.2018

AMEA-nın Dilçilik İnstitutunda “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda Mətbuat konfransı keçirildi

Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalrının qorunması hər bir vətəndaşın borcudur. Bu fikirlər oktyabrın 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən mətbuat konfransında səsləndi.
Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırdı. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq bu mövzu ilə bağlı əlaqədar qurumların nümayəndələri ilə belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı.


Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri dosent Sevinc Əliyeva Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirmişdir. Dos. Sevinc Əliyeva bildirdi ki, son illər Azərbaycan dilinin istifadəsi ilə bağlı irəliyə doğru atılan addımlarda Monitorinq şöbəsinin rolu böyükdür.
Daha sonra institutun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva musiqiçilərin ifasında müşahidə olunan dil qüsurları və aparılan monitorinqlərin nəticələri barədə məlumat verdi. Nəzərə çatdırıldı ki, bu sahədə aparılan monitorinqlər göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunlar nəzərə alınaraq musiqi ifaçıları ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar.
Məsələ ətrafında müzakirələrdən sonra mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.