Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.10.2018

“Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildlik müqayisəli lüğətin təqdimatı olub

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda türkoloq Seyfəddin Altaylının “Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildlik müqayisəli lüğətinin təqdimatı olub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. Bildirilib ki, Seyfəddin Altaylı müəllifi olduğu lüğətlə təkbaşına böyük bir institutun işini görüb. Türkiyə vətəndaşı olan Seyfəddin Altaylı bu işi ilə Azərbaycan elminə çox sanballı töhfə verib. Kitabın ərsəyə gəlməsi Azərbaycan və Türkiyə üçün böyük bir dil bayramıdır.


Tədbirdə millət vəkilləri, Türk Dil Qurumunun sədri Gürer Gülsevin iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri olduğunu deyib.
Lüğətin nəşrini əlamətdar hadisə kimi dəyərləndirən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əsərin özəlliklərindən danışıb.
Tədbirdə digər çıxış edənlər də belə bir sanballı kitaba görə müəllifə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Seyfəddin Altaylı 80 mindən çox sözü əhatə edən bu lüğət üzərində 30 il çalışıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Qurumu arasında əməkdaşlıq prototokolu imzalanıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.