Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.11.2018

Elmi Şuranın iclası keçirilib

7 noyabr 2018-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını bildirib.
Elmi Şuranın katibi dosent Aynel Məşədiyeva gündəlikdə olan məslələrlə şura üzvlərini tanış edib.
İnstitutun 2018-ci il elmi-təşkilati fəaliyyəti haqqında şöbə müdirləri hesabat məruzələri ilə çıxış edib.
Şura üzvləri institutunun 2018-ci ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Elmi Şuranın iclasında akademik Kamal Abdulla "Türkologiya" jurnalının 2018-ci il üçün illik hesabatı barədə geniş məlumat verib.


İnstitutun nəzdindəki Dissertasiya Şurasının işi dosent Sevinc Məmmədova, institut seminarının hesabatı professor Sayalı Sadıqovanın təqdimatında dinlənilib.
Təhsil şöbəsinin hesabatı barədə fil.ü.f.d. Qətibə Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı barədə dos.Təranə Şükürlü, Qaynar xəttin illik hesabatı barədə dosent Şahlar Məmmədov geniş məlumat verib.
Sonra Türk dilləri şöbəsi üzrə boş olan müdiri vəzifəsinə elan olunmuş müsabiqənin nəticələrinə əsasən fil.ü. f. d. Elçin İbrahimovun namizədliyi təsdiq olunub.
Sonda cari məsələlərə baxılıb.


İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.