Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.12.2018

Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü Elmin təbliğindəki xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunub

Bu gün AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirildi.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filol.e.d. Vüqar Zivəroğlu, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirərək KİV-in bu prosesdə rolunu xüsusilə qeyd etdi. O, elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin, nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək, KİV-in akademik tədqiqatlara ictimai marağın artırılmasındakı rolundan söz açdı. İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını söylədi.


Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqladı. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs etdi.
Tədbirdə həmçinin elm jurnalistikasının inkişafında kadr təminatı məsələsinə də toxunuldu. Elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığının mühüm rol oynadığı bildirildi. Bu sahənin tədrisi istiqamətində əməli addımların atılmasının vacibliyi qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, o cümlədən dərs vəsaitlərinin hazırlanması və dissertasiya işlərinin müdafiəsinin zəruriliyi vurğulandı. Təkcə Jurnalistika fakültələrində deyil, digər fakültələrdə də Populyar elm fənninin tədris edilməsi təklif olundu.


Həmçinin, Milli Elmlər Akademiyasının Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin Jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin, tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsinin təşkili, elm jurnalistikasının müxtəlif problemlərinin həllinə həsr olunmuş birgə tədbirlərin keçirilməsinin vacibliyi vurğulandı. Bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün alim-populyarizatorlar, peşəkar elmi jurnalistlər, elmin populyarizatorları və elmi kommunikatorların öz qüvvələrini səfərbər etmələrinin məqsədəuyğunluğu qeyd edildi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.