Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.12.2018

“Son türk əlifbası”

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni kitab işıq üzü görmüşdür. AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı ( “Elm və təhsil” nəşriyyatı, 2018 – elmi redaktor akademik Möhsün Nağısoylu, rəyçilər professor Sayalı Sadıqova və professor İsmayıl Kazımov) nəşr olunmuşdur. Kitabı institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli (transfoneliterasiya, tərtib, ön söz və qeydlərin müəllifi) nəşrə hazırlamışdır.
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü, görkəmli pedaqoq, istedadlı şair və tərcüməçi Abdulla bəy Əfəndizadə Azaqbəylinin tərtib etdiyi əlifba layihəsi əsasında yazdığı, 1919-cu ildə Bakıda nəşr olunmuş “Son türk əlifbası” adlı əsərinin müasir əlifbamıza transfoneliterasiyası təqdim edilmişdir. Kitaba “Son türk əlifbası”nın fotofaksimilesi ilə birgə digər əlyazma və çap materiallarının surəti də əlavə edilmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.