Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.01.2019

Türkan Mirzə qızı Əsgərova

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi fil.üz.f.d,dos.


İki cahana sığmayan dahi

Ölkə başçısı prezident İlham Əliyevin 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan etməsi bir daha bunu sübüt etdi ki, Azərbaycan klassik ədəbiyyatının dil və üslub səviyyəsində araşdırılması hər zaman olduğu kimi çağdaş dövrümüzdə də gündəmdə duran və xüsusi akuallıq kəsb edən elmi problemlərdən biridir. Xüsusən respublikamızda müstəqilliyimiz bərpa edildikdən sonra xalqımız müstəqillik əldə edərək, şərqdə ilk dəfə müstəqil demokratik respublika qurmuşdur. Demokratik zəmində xalqımızın ümumi tarixinin, o cümlədən elm və mədəniyyət sahələrinin öyrənilməsi zərurəti yarandı.
Respublikamızın prezidenti möhtərəm İlhyam Əliyev “Azərbaycan dilinin latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ” 12 yanvar 2004-ci il tarixi sərəncamının həyata keçirilməsi məhz Azərbaycan klassiklərinin yenidən çap olunması və yenidən elmi nəzəri araşdırılmasına şərait yaratdı. İmadəddin Nəsimi dünya mədəniyyəti tarixində Azərbaycan xalqının adına şərəf və şöhrət gətirən isdedadlı bir şair, ana dilində gözəl şeirlər yazan nəhəng bir söz ustadı, kamillik dərəcəsi ilə dünya fəlsəfi fikrinə orijinal və təkrarsız əlavələr etmiş, öz məsləkindən dönməyən, cəsur bir şəxsiyyət, mahir bir filosof –şair olmuşdur. Nəsiminin təlatümlü həyatı, keçməkeşli ömür yolu zamanı, dövrü üçün ağılasığmaz dərəcədə mütərəqqi və cəsaqrətli ideyaları, bütün yaranışların əşrəfi İnsana, onun böyüklüyünə, əzamətinə vurğunluğu, elə bu səbəbdən də insanı Xaliq, Tanrı səviyyəsində görmək arzusu, bu arzu uğrunda Tanrıdan verilmiş şair ömrünü əsirgəmədən, məsləkdən dönmədən təhlükəli mübrizələr meydanına atılması, dəhşətli ölümün gözünə dik baxmaq cəsarəti göstərdi ki, şair həm bədii yaradıcılığı ilə, həm də mətnliyi ilə həqiqətən də, həsrət çəkiləsi bir şəxsiyyət olmuşdur.
Elmi mənbələrin məlumatına görə, eramızın V əsrində formalaşmış ümumxalq Azərbaycan dili əsasında təşəkkül və inkişaf edən Azərbaycan şifahi ədəbi dili IX-XI əsrlərdə həm də “Kitabi-Dədə Qorqud” kimi yazılı dil fakti, İsanın Mehri və Vəfa məsnəvisi, “Dastani-Əhməd Hərami”, Həsənoğlunun qəzəlləri yazılı nümunələri ilə nəzəri cəlb edir. Bunlar təbii ki, Azərbaycan yazılı dilinin “inkişaf və tərəqqi yolunda” olduğunu sübut edən amillərdir. Bütün şərq dünyasına eləcə də türkdilli şairlərin yaradıcılığına işıq saçmaq baxımından Nəsimi nəhəngliyi, Bürhanəddinin mövqeyi etiraf olunur.
Qeyd etməliyik ki, Nəsiminin bədii yaradıcılığının rüşeyimi Azərbaycan xalqının folklor-xalq yaradıcılığının mənbələri ilə sıx sürətdə bağlı olmuşdur. Nəsiminin dili başlanğıc mərhələdə Azərbaycan ədəbi dilinin bütün istiqamətlərdə inkişaf mənzərəsini özündə əks etdirən klassik Azərbaycan ədəbi dilidir. Nəsimi azərbaycan türk dilində şeirin möhkəm əsaslarını qoymaqla, bu sahədə ciddi addım atan və Azərbaycan türk dilinə yüksək poeziya dili hüququ verən ilk böyük şair olmuşdur.
Şair böyük vətəndaşlıq qüruru ilə Ana dili sözlərinə yanaşaraq, ardıcıl şəkildə, xüsusi inadkarlıqla ondan istifadə etməklə, zamana, epoxaya meydan oxuyurdu ki, bəli, gözəl, lətif şeirlər yalnız fars dilində yox, Azərbaycan dilində də yaratmaq olur! Bunun üçün Ana dilini Ana kimi sevmək, səbrlə onun incəliklərini üzə çıxarmaq bacarığı olmalıdır. Dahi şair bu məqsədlə Ana dilininin dərinliklərinə enir, endikcə onun gövhər xəzinəsinin qatları arasında yeni-yeni dürlər, incilər, üslubi çalarlar kəşf edir. Ana dili sözlərindən nəiki öz dövrü üçün, hətta çağdaş Azərbaycan dili üçün möcüzələr yaratmağa nail olur.
Məhz bu gün prezidentimiz İlham Əliyevin həm Ana dilinin qorunmasına, həm də elmə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq gənc nəslin Ana dilinə sevgisini artırır və Azərbaycan dilinin inkişafı naminə səfərbər edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.