Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.01.2019

Nəsimi adına Dilçilik İnstitutunda magistratura pilləsi üzrə qış imtahan sessiyası başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura təhsilini həyata keçirən elmi institutlarında qış sessiyasının başlanması ilə əlaqədar olaraq Nəsimi adına Dilçilik İnstitutunda da 14-31 yanvar tarixləri arasında imtahanlar keçirilib.

Dilçilik İnstitutunun üçüncü qəbul dövrünün magistrantı Sevinc Ramazanova 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasına yanvarın 14-də İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində I kurs magistrantları üçün təşkil olunan ingilis dili fənnindən imtahanla başlayıb. 31 yanvarda son imtahanını verən S.Ramazanova sessiyasını müvəffəqiyyətlə başa vuraraq yüksək nəticələr göstərib. Dilşünaslıq (dillər və sahələr üzrə) ixtisası üzrə təhsil alan Sevinc Ramazanova qış sessiyasında ümumi və seçmə fənlər üzrə altı imtahandan əla qiymətlər alıb.

Sessiya müddətində imtahanlara nəzarət edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsinin aparıcı mütəxəssisi Ülviyyə Mustafayeva imtahanların gedişindən razı qalıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.