Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.02.2019

Dilçilik İnstitutunun əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsi Azərbaycan dili kafedrası ilə birlikdə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayış etdirilib. UNEC-in Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tofiq Əbdülhəsənli Beynəlxalq Ana Dili Gününün tarixindən danışıb, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Kafedra müdiri ana dilinin saflığının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən də söz açıb.

Fakültənin baş mentoru, dosent Pikəxanım Xudiyeva ana dilinin tədrisi istiqamətində UNEC-də tələbələrə yaradılan şəraitdən danışıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Müstəqillik illərində dil siyasəti” və elmi işçi Günel Orucovanın “Azərbaycan dilinin inkişaf tarixi” mövzularında məruzələri dinlənilib. Vurğulanıb ki, dil siyasəti dövlət siyasətinin tərkib hissəsidir və daim diqqət mərkəzindədir.

Azərbaycan dili kafedrasının müəllimi, mentor Mətanət Əmrahovanın “Ana dilimiz qürur mənbəyimizdir” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər səsləndiriblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.