Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.02.2019

Xüsusi Dövlət Mühafizə Xidmətində Beynəlxalq Ana Dili Günü

Fevralın 21-də Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi professor Sevil Mehdiyeva iştirak edib.
Əvvəlcə akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Dilin xalqın varlığı, milli kimliyi olduğunu deyən M.Nağısoylu ilk dəfə Səfəvilər imperiyası dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxdığını, həmin ərəfədən etibarən ana dilində yazan şairlərin sayının artdığını bildirib. Akademik bu təşəbbüsün Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdiyini və 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan olunduğunu xatırladıb. SSRİ dövründə isə ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan M.Nağısoylu Ümummilli Liderin iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verildiyini söyləyib. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, həmçinin ölkəmizdə yaşayan başqa xalqların öz dillərini sərbəst şəkildə işlətməsinə imkan verildiyini deyib.

Akademik son illərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamların önəmini vurğulayıb, sənədlərin ana dilimizin inkişafına, təbliğinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət etdiyini bildirib. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladan alim Azərbaycan dilinin saflığının, zənginliyinin və axıcılığının şairin qəzəllərində özünü geniş büruzə verdiyini deyib.

M.Nağısoylu bildirib ki, şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Onu da əlavə etmək yerinə düşər ki, anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında Azərbaycan ədəbi dilini daha da inkişaf etdirməsi və onu yeni-yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Məhz bu amil respublikamızda dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynayıb.
Sonra Sevil Mehdiyeva çıxışında ulu öndər Heydər Əliyevin ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini vurğulayıb. Cəmiyyətdə dilin mühüm rolundan danışan professor Azərbaycan dilinin zəngin dil olduğunu diqqətə çatdırıb.
Sonda XDMX Milli Qvardiyasının Bölmə rəisi Yunis Məhərrəmov qonaqlara öz təşəkkürünü bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.