Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
04.03.2019

Bakı Avrasiya Universitetində “Elm və təhsilin inteqrasiyası” mövzusunda panel

2019-cu il martın 1-də Bakı Avrasiya Universitetində təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyətinin iştirakı ilə “Elm və təhsilin inteqrasiyası” mövzusunda panel keçirilmişdir. Paneldə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva elm və təhsilin vəhdəti, yeni təhsil strategiyasında klassik elmlərin tədrisinin əhəmiyyəti, dilçiliik elminin müasir inkişaf istiqamətləri, müasir elmi biliklərin əldə olunmasında dünyanın qabaqcıl təcrübələrindən yararlanma, yeni təhsil modelləri, elm və təhsilin vəhdət şəklində inkişafında modern yanaşmalar kimi aktual mövzuları əhatə edən məruzələrlə çıxış etmişlər. Paneldə universitetin rəhbərliyi, müəllim heyəti ilə yanaşı filologiya fakültəsinin tələbələri də iştirak etmişlər. Əvvəlcə akademik Möhsün Nağısoylu Azərbaycan elminin inkişafı, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, Dilçilik İnstitutunun tarixi barədə danışıb, dilçilik elminin müasir vəziyyəti, dövlətin dilə olan qayğısından, hər bir vətəndaşın dilinə göstərməli olduğu diqqət və sevgidən bəhs etmişdir. M.Nağısoylu məruzəsində ana dilində ən lətif, ən gözəl şeirlərini qələmə alan, 2019-cu ildə 650 illik yubileyi qeyd olunacaq Nəsimi, qədim tarixə malik olan dilimizi dövlət dili elan edən Şah İsmayıl Xətai və dilimizin incəliklərini şeirə gətirən Məhəmməd Füzulidən beytlər deyərək ana dilinin xalqın varlığı, milli kimliyi, ən zəngin sərvəti olduğunu qeyd etmişdir.

Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova dilçiliyin yeni sahələrindən, terminologiyanın müasir vəziyyəti və inkişaf istiqamətlərindən, lüğətlərin tərtibi prinsiplərindən bəhs etmişdir. Məruzəçi müasir dövrdə dilin terminoloji sistemində baş verən dəyişmələrin səbəblərini şərh edərək, yeni terminlərin qəbulunda qarşıya qoyulan tələblər, milli terminoloji bazanın yaradılmasında müəyyənləşmiş standartlar, bu sahədə dövlət siyasəti barədə geniş məlumat vermişdir. Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva dövlətin elm və təhsil siyasətindən, qloballaşma şəraitində Azərbaycan elminin dünyaya tanıdılması yollarından danışmışdır. Müasir dövrdə elm və təhsilin qarşısında duran əsas vəzifələrə toxunaraq, yüksək keyfiyyətli təhsilin yüksək keyfiyyətli elmin təməlini qoyduğunu qeyd etmiş, təhsildə yeni elmi biliklərin tətbiqi, elmin nailiyyətlərinin, qazanılmış uğurların təbliğinin və tədrisinin əhəmiyyətini açıqlamışdır.

Müzakirə və diskussiya şəraitində keçən panel-seminarda universitetin təcrübəli müəllimləri Seyfəddin Altaylı, Maral Yqaubova, Zəminə Rüstəmbəyli, eləcə də tələbələr aktiv şəkildə iştirak edərək, mühazirəçilərə onları maraqlandıran məsələlər haqqında sullar ünvanlamışlar. Sonda paneli təşki edən, universitetin Ümumi filologiya kafedrasının müdiri Elmira Məmmədova-Kekec qoyulan məsələlərə öz fikir və münasibətini bildirmiş, məruzəçilərə təşəkkür etmiş, bu cür tədbirlərin, panel və seminarların həm təhsillə elmin inteqrasiyası işində əhəmiyyətini vurğulamış, həm də tələbələrin elmə olan həvəsini artıracağına təsir edəcəyini qeyd etmişdir.

Qeyd edək ki, paneldən əvvəl Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu, professor Sayalı Sadıqova, Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva universitetin rektoru, professor Nazim Hüseynov, universietin prorektoru Siyavuş Qasımov, Ümumi filologiya kafedrasının baş müəllimi Zəminə Rüstəmbəylinin iştirakı ilə görüş keçirilmiş, görüşdə institut və universitet arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda planlardan danışılmış, təkliflər verilmiş, müxtəlif istiqamətlər üzrə gələcəkdə birgə fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.