Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
04.03.2019

Elmi Şuranın iclası keçirilib

4 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu gündəlikdə olan məsələlər barədə məlumat verib.
İclasda Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva 2018-ci il doktoranturaya (fəlsəfə doktorluğu hazırlığı üzrə) qəbulun yekunları barədə məlumat verib. Bildirib ki, bu il fəlsəfə doktorluğu üzrə doktoranturaya 8 nəfər doktarant qəbul olub.
Türk dilləri şöbəsinin tərtib etdiyi “Türk dilləri araşdırmaları” toplusunun nəşri barədə Türk dilləri şöbəsinin müdiri fil.ü.f.d. Elçin İbrahimov məlumat verib.

İclasda “Nəsimi: dil araşdırmaları” işçi qrupu təsdiqlənib. İşçi qrupuna rəhbər, professor Sevil Mehdiyeva, Nəsimi yaradıcılığının tədqiqatçıları - Qüdsiyyə Qəmbərova, Türkan Əskərova, Elçin Məmmədov isə üzv seçilib.
Sonra “Dilçilik İnstitutunun əsərləri” jurnalının adının dəyişdirilməsi və yeni redaksiya heyətinin seçilməsi və digər məsələsinə baxılıb.
Sonda cari məsələlər müzakirə olunub.



İctimaiyyətlə əlaqələr şöbəsi

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.