Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.03.2019

Füzulişünaslığa dəyərli töhfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovanın “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)” monoqrafiyası nəşr edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun füzulişünaslıq sektorunun hazırladığı “Füzuli kitabxanası” seriyasının II nəşridir. Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevadır.

Kitabda Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Füzuli ədəbi məktəbi ilk dəfə olaraq bütün yönləri ilə vəhdət şəklində tədqiqata cəlb edilib. Monoqrafiyada Füzuli ədəbi məktəbinin təşəkkülü və inkişaf yolları araşdırılıb, ədəbiyyat tarixində bu məktəbin mövqeyi, nüfuzu müəyyənləşdirilib. Bu ədəbi məktəbin nümayəndəsi olan şairlərin ədəbiyyat tarixində oynadığı rol, Füzuli yaradıcılığının ədəbi məktəbin nümayəndələrinin yaradıcılığına təsiri nümunələr əsasında araşdırılıb.

Monoqrafiyada ədəbiyyatşünaslıqda “ədəbi məktəb” anlayışının məzmunu ilə bağlı dəqiqləşdirmələr aparılıb, Nizami ədəbi məktəbi işığında Şərq ədəbiyyatında ədəbi məktəblərin yaranma və yaşama prinsipləri, xüsusiyyətləri göstərilib, Füzuli ədəbi məktəbinin tarixi ümumi şəkildə nəzərdən keçirilib. Bundan başqa, XVI əsrdən başlayaraq Füzuli ədəbi məktəbinin ədəbiyyat tarixindəki mövqeyi, təşəkkül və inkişaf xüsusiyyətləri, onun ayrı-ayrı şairlərə, eləcə də başqa xalqların ədəbiyyatına təsiri müəyyənləşdirilib. Həmçinin XVI-XVIII əsrlər Füzuli ədəbi məktəbi nümayəndələrinin Füzulinin təsiri ilə yaranan əsərləri öyrənilib və təhlil edilib.

Əsər tələbələr, ali məktəb müəllimləri, magistrant, dissertant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.