Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.04.2019

DİLÇİLİK İNSTİTUNUN GƏNC ƏMƏKDAŞI TƏLTİF OLUNDU

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə” müsabiqəsinin, eləcə də “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib. “Gənc qadınlar elmdə “müsabiqəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilmişdir. Müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Müsabiqədə ikinci yerə layiq görülmüş gənc xanımlardan biri də AMEA Dilçilik İnstitutu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Rasim qızı Həsənli- Qəribovadır.

Şəbnəm Rasim qızı Həsənli-Qəribova Bakı Dövlət Universitetinin şərqşü-naslıq fakültəsində 2004-2008-ci illərdə bakalavr, 2008-2010-cu illərdə isə magistr təhsili almışdır. Ali təhsili Mirzə Kazım bəy adına təqaüdlə başa vurmuşdur. 2009-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda laborant kimi fəaliyyətə başlayaraq baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

İnstitutda elmi fəaliyyəti müddətində dəfələrlə respublika və beynəlxalq elmi konfranslarda məruzəçi qismində iştirak etmişdir. 20-22 sentyabr 2010-cu il tarixlərində İstanbulda keçirilən Beynəlxalq Türk dili və Ədəbiyyatı Kongresində, 25-27 noyabr 2010-cu il tarixlərində təşkil edilən “Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər”, 20-25 may 2013-cü il tarixlərində keçirilən “New challenges in the European area: international Baku forum of young scientists

dedicated to the 90-th anniversary of national leader Heydar Aliyev” adlı beynəlxalq konfransda, 2014-cü ilin sentyabr ayında Buxarestdə keçirilən “İnternational con-ference of social Sciences” adlı beynəlxalq konfransda, 2-4 noyabr 2017 ci ildə İnönü Üniversitetinin keçirtdiyi IX Beynəlxalq Türk dili Simpoziumunda türkologi-ya ilə bağlı aktual mövzularda elmi məruzələrlə çıxış etmişdir.

2010-2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2011-ci ildə AMEA Dilçilik İnstitutunda “Türk dilləri” ixtisası üzrə qiyabi doktoranturaya qəbul olmuş və “XI-XII əsr türk dillərinin etnoqrafik leksikası” adlı dissertasiya mövzusunu vaxtından əvvəl müdafiə etmişdir. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə “Türk dilləri” ixtisası üzrə “XIII-XVI əsrlər türk dillərində elmi üslub” mövzusunda elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul edilmişdir.

Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olmuşdur. Bundan əlavə bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla, iştirak etdiyi konfranslarda sertifikatlarla təltif edilmişdir.

Ümumilikdə, Ş.Həsənli-Qəribova Azərbaycanda və xaricdə çap olunmuş 87 adda elmi əsərin, o cümlədən “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası” (Bakı, Avropa, 2015, 328 s.), “Oğuz qrupu türk dillərində isimlərdə söz yaradıcılığı” (Bakı, Avropa, 2017, 190 s. ) adlı monoqrafiyaların, “XI-XII əsrlər türk etnoqrafizmlərinin izahlı lüğəti”nin (Bakı, Avropa, 2015, 281 s.) müəllifi, “Azərbaycan xalq cümhuriyyəti və milli ədəbi dilin inkişafı tarixi (1918-2018)” (Bakı, 2018, 508 s.) adlı monoqrafiyanın, “İzahlı Dilçilik terminləri lüğəti”nin (Bakı, Elm, 2018, 911 s.), “Şəxs adlarının izahlı lüğəti”nin (Bakı, 2016, 233 s.) həmmüəllifidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.