Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
08.04.2019

Elçin İbrahimov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türk Dünyasında Türkologiyanın Aktual Problemləri” mövzusunda seminar verib

AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türkologiya” jurnalının təqdimatını keçirib və “Türk dünyasında türkologiyanın aktual problemləri” adlı seminar verib.

Türkoloji Araşdırmalar İnstitutu konfransları çərçivəsində təşkil edilən bu tədbir 5 aprel 2019-cu ildə Mərkəzi Kitabxananın konfrans zalında baş tutub. Seminarda Əhməd Yəsəvi Universitetinin prorektoru elmlər doktoru, dosent Pusat Pilten, Türkoloji Araşdırmalar Mərkəzinin direktoru dosent Sərdan Dağıstan, həmçinin Əhməd Yəsəvi Universitetində nəşr olunan “Türkologiya” jurnalının redaksiya heyəti, çox sayda alim, gənc tədqiqatçı, tələbə və qonaqlar iştirak edib.

Elçin İbrahimov çıxışında öncə AMEA Rəyasət Heyətinin 2016-cı ildə müvafiq qərarı ilə akademik Kamal Abdullayevin “Türkologiya” jurnalına baş redaktor təyin olunmasından sonra jurnalın işində ciddi canlanma yarandığını, məhz K.Abdullayevin ideyaları əsasında jurnalın fəaliyyətində qısa müddətdə böyük uğurlara imza atdığını və beynəlxalq indekslərə daxil edildiyini qeyd edib. O, “Türkologiya” jurnalının türkologiyanın təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə və tarix kimi sahələrini də əhatə etdiyini, dünyanın müxtəlif ölkələrindən gələn məqalələri dərc etdiyini bildirib.

Gənc alim çıxışının davamında əlifba problemini keçmişdən bugünədək Türk dünyası və Türkologiya üçün aktual problemlərdən olduğunu vurğulayaraq deyib: “Əlbəttə, hər xalqın varlığını, mövcudiyyətini müəyyən edən əsas amillərdən biri də əlifbadır. Əlifba dilçilik aspektindən təkcə işarələr sistemi deyildir. Toplumların müxtəlif əlifbaları qəbul etməsində müxtəlif dinlərlə yanaşı, bir çox siyasi və sosial hadisələrin də rolu vardır. Türk dünyasında əlifba problemi XIX əsrin sonlarından başlayaraq bu günədək davam etməkdədir.

Türk respublikalarının müstəqilliyə qovuşması ilə keçmişdəki bir çox problemlər də geridə qalmışdır. Ortaq əlifba probleminin həll edilməsi gələcəkdə ortaq dilin (ortaq türkçənin) də təşəkkülünə kömək edəcək. Ortaq əlifba olmadan ortaq dili formalaşdırmaq qeyri-mümkündür.”

Sonda iştirakçıların suallarını cavablandıran Elçin İbrahimov “Türkologiya” jurnalının saylarını Türkoloji Araşdırmalar Mərkəzinin kitabaxanasına hədiyyə edib.

Tədbirin sonunda Universitetin prorektoru Pusat Pilten Elçin İbrahimova Əhməd Yəsəvi Universitetinin rektoru adından təşəkkürnamə təqdim edib və Qazax milli geyimi Çapanı geyindirərək iştirakçılarla birlikdə xatirə şəkli çəkdirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.