Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.04.2019

Elmi şuranın iclası keçirilib

12 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.
Öncə Dilçilik İnstitutunun “Sosiolinqvistika və dil siyasəti” şöbəsinin adının qismən dəyişdirilərək “Sosiolinqvistika və psixolinqvistika” adlandırılması barədə məsələ müzakirəyə çıxarılıb.
Sonra Elmi katib, dosent Aynel Məşədiyeva “Azərbaycan dilinin tarixi” şöbəsi üzrə boş olan müdiri vəzifəsinə Elm.az saytında dərc olunmuş elana əsasən müsabiqənin keçirilməsi barədə məlumat verib. Elana əsasən bir nəfərin müraciət etdiyi bildirilib. Səsvermə yolu ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Quliyevin seçkilərə namizədliyi dəstəklənib.
Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi Zamiq Təhməzov a və Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Fidan Salayevaya dosent adının verilməsi barədə Hesablayıcı Komissiya yaradılıb. Səsvermədə 24 nəfər iştirak edib. Gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Elmi Şuranın qərarı ilə təsdiq olunublar.
Sonda cari məsələlər diqqətə çatdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.