Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

22.05.2019

Elmi şuranın iclası keçirilib
İnstitutun yarımillik hesabatı dinlənilib

22 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
Elmi Şuranı giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını bildirib.
Sonra institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva şura üzvlərini gündəlikdə olan məsələlərlə tanışıb edib.
İclasda şöbələrin yarımillik hesabatı dinlənilib. Şöbə müdirləri hesabat məruzələrilə çıxış ediblər.
İclas zamanı Təhsil şöbəsinin, İctimaiyyətlə əlaqələr şöbəsinin, Həmkarlar Təşkilatının və Gənc Alimlər Şurasının fəaliyyəti haqqında hesabat məruzələri dinlənilib.
Həmçinin institutda keçirilən konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar verilib.
Elmi şuarada diqqətə çatdırılıb ki, institut əməkdaşları Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən konfranslarda fəal iştirak edirlər.
Məruzələr zamanı filologiya üzrə fəlsəfə doktoru, Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, Azərbaycan dövləti türkoloji məsələlərə böyük dəyər verir.  Türkoloqlar tərəfindən türk dillləri arasında əlaqələrə vaxtaşırı nəzər salınır.  Şöbə müdiri vurğulayıb ki, Türk dilləri şöbəsində ikidilli tərcümə lüğətləri (Azərbaycanca-uyğurca), üçdilli danışıq kitabçaları (Azərbaycanca-özbəkcə-rusca , Azərbaycanca-tatarca-rusca) və “Türk dilinin fonetika”sı kitabı çapa hazırlanır.
Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.
Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.