Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.05.2019

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor Mayıl B. Əsgərov 21-25 may 2019 tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Nursultan (Astana) şəhərində keçirilən Beynəlxalq Konfransda və Konfrans çərçivəsində təşkil olunan Təlim Seminarında əsas məruzəçilərdən biri kimi iştirak etmişdir

21-22 may 2019 tarixlərində Qazaxıstan Təhsil Problemləri Akademiyası tərəfindən Beynəlxalq Konfrans çərçivəsində “Инновации в образовании: теория и практика” adlı Beynəlxalq Təlim Seminarı təşkil edilmişdir.
Belə seminarlar hər il təşkil olunur və onların əsas məqsədi: 1) qazaxıstanlı alim, mütəxəssis və təhsil işçilərini elm və təhsilin qarşısında duran aktual problemlər ilə tanış etmək, 2) eləcə də bu problemlərin həlli yollarını onlara göstərməkdir. Hər il bu seminarlara müxtəlif ölkələrdən öz ixtisas sahələri üzrə böyük uğur qazanmış alimlər dəvət olunur və onlar qazaxıstanlı həmkarları üçün mühazirələr oxuyur, onları maraqlandıran suallara cavab verir və onlarla fikir mübadiləsi aparır.
Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan təlim seminarında Azərbaycan, Çin, Estoniya, İspaniya, Honkonq, Niderland, Polşa və Rusiyadan olan 8 mühazirəçi iştirak edirdi. Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri fil.ü.e.d., prof. Mayıl B. Əsgərov bu seminarda əsas məruzəçilərdən biri kimi iştirak etmiş və “Механизм образования и восприятия языковых единиц” adlı məruzə ilə çıxış etmişdir.
Bu mühazirə çərçivəsində “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” haqqında geniş məlumat verilmiş və bu nəzəriyyə bazasında dil vahidlərinin yaranma və mənimsənilmə mexanizmi şərh edilmişdir. Mövzu çox böyük maraqla qarşılanmış, dinləyicilərdən bəziləri bu istiqamət üzrə doktorantura və magistratura səviyyəsində təhsil almaq istədiyini bildirmişlər.

23-24 may 2019 tarixlərində Национальная академия образования имени И. Алтынсарина eləcə də Назарбаев Университет (Казахстан, г. Астана), Институт непрерывного образования юнеско (UNESCOUIL) Германия, г. Гамбург, Казанский (приволжский) федеральный университет (Россия, г. Казань) və digər 9 qurumun Qazaxstan Respublikasının paytaxtı Nursultan (Astana) şəhərində birgə təşkil etdiyi “Непрерывное образование в интересах устойчивого развития: новые вызовы” adlı Beynəlxalq Konfransda 36 ölkədən 236 məruzəçi iştirak etmişdir. Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri fil.ü.e.d., prof. Mayıl B. Əsgərov bu konfransın plenar iclasında “Латинский алфавит как средство интеграции в мировую культуру: опыт азербайджана по внедрению латинской графики” adlı məruzə ilə çıxış etmişdir.

Latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsi haqqında məlumat verilmiş, xüsusi olaraq vurğulanmışdır ki, əlifbanı qəbul etməklə işlər bitmir. Əksinə bütün işlər məhz bundan sonra başlayır. Yeni əlifbaya keçidin mərhələləri və bölgüləri ilə bağlı Azərbaycan təcrübəsindən bəhs edilmişdir.
Türk dünyası liderlərinin latın əlifbasının qəbul edilməsi işində oynadıqları əhəmiyyətli rol qeyd edilmiş və göstərilmişdir ki, latın əlifbasını qəbul etmək bir tərəfdən türk xalqlarının dünya mədəniyyətinə inteqrasiyasına şərait yaradır, digər tərəfdən türk xalqlarının daha da yaxınlaşması işində növbəti addım mahiyyəti daşıyır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.