Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.05.2019

“Türkologiya” jurnalının növbəti seminarı keçirilib

Mayın 31-də Azərbaycan Dillər Universitetində “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.
Budəfəki seminarın qonağı Ukrayna Respublikası Kiyev Milli Linqvistika Universiteti Türk dilləri kafedrasının müdiri, dosent Tatyana Timkova olub.
Tədbiri açan “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdullayev bildirib ki, “Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir. Akademik Kamal Abdullayev onu da bildirib ki, “Türkologiya” jurnalı sələfindən fərqli olaraq türkologiyanın bir çox sahələrini də əhatə edir.

Sonra çıxış edən T.Timkova Ukraynada türkoloji tədqiqatlardan ətraflı danışıb. Kiyev Milli Linqvistika Universitetində türk dillərinin tədrisindən geniş söhbət açan T.Timkova bildirib ki, artıq universitetdə Azərbaycan dili və ədəbiyyatı da tədris olunur. O həmçinin Ukraynanın bir neçə universitetində türkoloji tədqiqatlar aparıldığı, bu sahədə xeyli araşdırmaçının çalışdığı haqda da seminar iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən “Türkologiya” jurnalının məsul katibi filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyasının jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsus olduğunu, jurnalın ilk seminarının məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirildiyini və bu ilk addımın artıq ənənəyə çevrildiyini qeyd edib. E.İbrahimov çıxışında Azərbaycanda türkologiya sahəsində geniş və hərtərəfli tədqiqatlar aparıldığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Seminarın sonunda T.Timkova seminar iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizi çox sevdiyini, burada insanların çox mehriban olduğunu, onda gözəl təəssürat oyatdığını, Azərbaycana olan marağının onun tarixini, dilini, mədəniyyətini və ədəbiyyatını araşdırmağa sövq etdiyini vurğulayıb.

Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seminarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin, "Türkologiya" jurnalının əməkdaşları, seminarın üzvü olan Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.
Seminarın sonunda ukraynalı qonağa hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.