Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.06.2019

“Şəxsiyyətin tarixdə rolu” mövzusunda tədbir keçirilib

15 iyunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Milli Qurtuluş Günü münasibətilə “Şəxsiyyətin tarixdə rolu” mövzusunda tədbir keçirilib. İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

M. Nağısoylu vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasətdə, elmdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək.
Akademik bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

 Sonra professorlar Sevil Mehdiyeva, Roza Eyvazova, İdris Abbasov, Sayalı Sadıqova, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəlmi çıxış ediblər. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.