Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.06.2019

Azərbaycan alimləri Asiya və Afrika Ölkələrinin Mənbəşünaslığı və Tarixşünaslığı üzrə XXX Beynəlxalq elmi konqresdə

19-21 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində a kademik V.V.Bartoldun (1869-1930) 150 və Sankt-Peterburq Universitet Kitabxanasının Şərq kolleksiyasının 200 illiyinə həsr olunmuş Asiya və Afrika Ölkələrinin Mənbəşünaslığı və Tarixşünaslığı üzrə XXX Beynəlxalq elmi konqres keçirilmişdir.

Dünyanın müxtəlif ölkələrindən (ABŞ, Türkiyə, Yaponiya, Monqolustan, Belorusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İtaliya, İngiltərə, Çin və s.) qatılan iştirakçıların məruzələrlə çıxış etdiyi konqres 20 bölmədə keçirilirdi. Müxtəlif bölmələr üzrə iclaslarda Azərbaycandan da nümayəndə heyəti iştirak edirdi. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra İnstitut və təşkilatlarının – Nəsmi adına Dilçilik İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Arxeologiya və etnoqrafiya İnstitutu, AMEA Rəyasət Heyəti aparatının əməkdaşları nümayəndə heyətinin tərkibində idi.

19 iyun tarixində başlayan Konqresin plenar iclasını Sankt-Peterburq Dövlət Universitetinin Yaxın Şərq Tarixi bölümünün rəhbəri, professor Nikolay Dyakov açıb. Açılış nitqindən sonra çıxış edən Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya muzeylər Şurasının prezidenti, Dövlət Ermitaj Muzeyinin direktoru, Sankt-Peterburq Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Mixail Piatrovski tədbir iştirakçılarını türk dilində salamlayaraq türkoloji aradırmaların və şərqşünaslıq sahəsinin əhəmiyyətindən, aktual problemlərindən, müasir vəziyyətindən bəhs etdi, artıq otuuzuncu toplantısı keçirilən və ənənəvi bir hal alan Asiya və Afrika Ölkələrinin Mənbəşünaslığı və Tarixşünaslığı konqresinin keçirilməsinin beynəlxalq əhəmiyyətini vurğulayıb. Sonra söz Sankt-Peterburq şərqşünaslarına və konqresin qonaqlarına verildi. Konqresin təşkilat komitəsinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Yaxın Şərq ölkələri tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Nikolay Dyakov, Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkləri İnstitutunun prezidenti, türkoloq alim, tarix elmləri doktoru, professor Mixail Meyer, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun direktoru, tarix elmləri doktoru, professor İrina Popova və Kazan Federal Universitetinin Şərqşünaslıq İnstitutunun Şərq mədəniyyəti tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ramil Valeyev məruzə ilə çıxış ediblər.

Konqresin ilk gün keçirilən plenar iclasında V.V.Bartolda həsr olunmuş əsas məruzələr dinlənilib. Ayrıca bir bölmə isə Sankt-Peterburq Universitetinin Kitabxanasının Şərq kolleksiyasının 200 illiyi münasibətilə Şərq tarixi və mədəniyyətinin yazılı irsinə həsr olunub.

20 iyun tarixində konqres 20 müxtəlif istiqaamət üzrə bölmə iclasları ilə öz işinə davam edib. AMEA Nəsimi adına Dilçilik İns titutunun direktoru, akademik Möhsün Nağısoylu konqresin “Asiya və Afrika ölkələri dilləri” bölməsində “Azərbaycan türkcəsinin zənginləşməsində orta əsr mənbələrinin yeri” mövzusunda məruzə ilə çıxış edib.

AMEA Nəsimi adına Dilçilik İns titutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva konqresin “Asiya və Afrika ölkələri dilləri” bölməsində “Qədim uyğur hüquq sənədləri kontekstində rəsmi-işgüzarlıq üslubunun formalaşması” adlı məruzə ilə çıxış edib. Bölmə iclasları müzakirə və diskusiyalarla davam etdirilib.

AMEA Nəsimi adına Dilçilik İns titutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Osmanlı imperiyası və Türkiyə Cümhuriyyəti m ənbəşünaslığı və tarixşünaslığı” bölməsində “Molla Nəsrəddin” jurnalında Osmanlı İstanbulunun sosial və mədəni həyatı” adlı məruzə ilə çıxış edib.

Müzakirə və diskussiya zəminində keçən bölmə iclaslarında dünyanın müxtəlif ölkələrinin alimləri ilə fikir mübadiləsi aparılmış, şərqşünaslıq və türkologiyanın müasir problemlərini əks etdirən müxtəlif məruzələr dinlənilib.

Konqres üçüncü günü, 21 iyunda məruzələrin dinlənilməsi davam etmiş, konqresin “Asiya və Afrika ölkələri dilləri” bölməsinin digər iclaslarından birinə akademik M.Nağısoylu moderatorluq etmişdir. Bu bölmə iclasında həmçinin Türkiyənin Hacəttəpə Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru Şükrü Haluk Akalın da “Rus və Türk dilləri arasında tarixi əlaqələr” mövzusunda məruzə edib. Konqres iştirakçıları konqres zamanı tarixi Sankt-Peterburq Universiteti ilə tanış olmuşlar. Qeyd edək ki, Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsi (Şərqşünaslıq fakültəsi) I Nikolayın əmri ilə 22 oktyabr 1854-cü ildə açılmışdır. Fakültənin yaradılması Rusiya şərqşünaslığının inkişafına böyük təkan vermiş, XIX əsrin birinci yarısında artıq bu fakültədən bir çox görkəmli şərqşünas, türkoloq məzun olmuşdur. Azərbaycan alimləri görkəmli rüs şərqşünasları, türkoloqları ilə, o cümlədən Sankt-Peterburq Universitetinin Şərşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının rəhbəri Nikolay Telitsın, kafedranın aparıcı müəllimlərindən olan Maqdalina Dubrovina, həmyerlimiz filologiya elmləri doktoru Akif Fərzəliyev, Şahnaz Kamal və digər əməkdaşlarla görüşmüş, gələcək əməkdaşlıqlar haqqında fikir mübadiləsi aparılıb, elmi jurnallarda, beynəxlaq elmi təbdirlərdə birgə fəaliyyət haqqında razılığa gəlinib.

Yüksək elmi əməkdaşlıq və bilgi alış-verişi zəminində keçən konqres zamanı iştirakçılar Sankt-Peterburq şəhərinin tarixi-memarlıq, incəsənət abidələri ilə tanış olublar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.