Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.07.2019

“İmadəddin Nəsiminin anadilli poetik əsərlərinin diaxronik-dialektoloji tədqiqi”

AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərovanın “İmadəddin Nəsiminin anadilli poetik əsərlərinin diaxronik-dialektoloji tədqiqi” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya Nəsiminin dilinin diaxronik-dialektoloji tədqiqinə həsr olunmuşdur.
Kitab iki fəsildən ibarət tərtib edilmişdir. “Nəsiminin dili və Azərbaycan şivələri” adlanan birinci fəsildə Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji, leksik dialektizmlər tarixi-müqayisəli aspektdə tədqiq olunur. Kitabın “Nəsimi irsinin tədqiqi məsələləri” başlıqlı ikinci fəsildə müəllifin Nəsimi irsinin frazeologiyası, nitq mədəniyyəti, üslubiyyat və s. istiqamətlərdə yazdığı və müxtəlif elmi toplularda və konfrans materiallarında çap olunmuş məqalələri daxil edilmişdir.
Tarixi –linqvistik faktların tədqiqindən belə bir nəticə çıxır ki, Nəsimiinin dilində özünü göstərən dialekt fərqlərinin bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dilləri elementləri ilə, digərinki isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.
Nəsimi şeirinin diaxronik-dialektoloji araşdırılmasından belə nəticəyə gəlmək olur ki, şairin dili XIV əsr Azərbaycan ədəbi dilinin əsasını qoymaqla bərabər, həm də bu dövrdə ədəbi dilin koyne əsasının şairin mənsub olduğu Şamaxı – Şirvan dialektinin mənsub olduğu Azərbaycan dilinin Şərq qrupu dialekt və şivələrinə, eləcə də canlı xalq dilinə əsaslanmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.