Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.07.2019

“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin təsisçisi olduğu “Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb. Jurnalın elmi redaktoru Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.

Akademiklər Kamal Abdullayev, İsa Həbibbəyli, Möhsün Nağısoylu, professorlar Elbrus Əzizov, Əsgər Rəsulov, Buludxan Xəlilov, Rüfət Rüstəmov və digər alimlərin daxil olduğu redaksiya heyəti jurnalın ilk buraxılışını yüksək dəyərləndirib.

Dilçilik İnstitutundan AZƏRTAC -a bildirilib ki, jurnalda türk tərcümə tarixinə baxış, Ruhi Bağdadi “Divan”ı dilinin fonetik xüsusiyyətləri, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması, milli mənsubiyyətini itirməkdə olan türkdilli xalqlar, müasir türk dillərində söz yaradıcılığı, “Oğuznamə”nin dilində tabesiz mürəkkəb cümlə, türk dillərində elmi üslubun formalaşması tarixi mövzularında məqalələr öz əksini tapıb.

Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və türk dilləri arasında uyğunlaşma və özünəqayıdışa diqqət yetirilir.

“Türk dilləri araşdırmaları” jurnalının əsas məqsədi öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, müasir türk dillərinin fonetik, leksik və qrammatik quruluşunu izləmək, elmi, mədəni, beynəlxalq baxımdan böyük önəm daşıyacaq mövzular üzərində araşdırmalar aparılmasına istiqamət verməkdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.