Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.09.2019

Akademik Məmmədağa Şirəliyev Azərbaycan dialektologiyasının banisidir

2019-cu il 19 iyulda Prezident İlham Əliyevin akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

18 sentyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı “Akademik Məmmədağa Şirəliyev Azərbaycan dialektologiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilib.

İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Məmmədağa Şirəliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Akademik bildirib ki, Məmmədağa Şirəliyev dilçilikdə daha çox görkəmli dialektoloq kimi tanınmış, bu sahə ona dünya şöhrəti qazandırmışdır. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və heç bir tərəddüdsüz o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
M.Şirəliyev 1960-1968-ci illərdə (1968-ci ilin fevral ayına qədər) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində işləmiş, 1968-ci ilin fevral ayından 1969-cu ilin oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışmışdır. 1969-cu ildə Azərbaycan EA-da müstəqil Dilçilik İnstitutu təşkil olunduqdan sonra 1988-ci ilə qədər həmin instituta rəhbərlik etmişdir. Bütövlükdə o, 31 il Dilçilik institutunun direktoru olmuşdur.
M.Şirəliyev 1949-cu ildə Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilmiş, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.


Sonra məruzə ilə çıxış edən Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli bildirib ki, M.Şirəliyev sözün əsl mənasında böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində də xalqımıza əvəzsiz xidmət göstərmişdir. O, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülmüşdür. 
M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək, etalon kimi dəyərlidir.

Sonda çıxış edənlər Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, professorlar Qara Məşədiyev, Kamil Bəşirov, İsmayıl Kazımov, Sayalı Sadıqova, dosent Kifayət İmamquliyeva və filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov qeyd etmişlər ki, Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır.
Tədbirdə bildirilib ki, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.