Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.09.2019

Elmi Şura

23 sentyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru,akademik Möhsün Nağısoylu gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib. Bildirib ki, 2020-ci ilin mart ayında Dilçilik İnstitutunun 75 illik yubileyi geniş şəkildə qeyd olunacaq.
Öncə elmi səfərdə olmuş əməkdaşlar hesabat məruzələri ilə çıxış ediblər. İnstitutun direktoru akademik Möhsün Nağısoylu, Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Şəkər Orucova, Dialektologiya şöbəsinin aparıcı elmi işçisi Qüdsiyyə Qəmbərova və Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoyun məruzələri dinlənilib.
Dilçilik İnstitutunun magistrantlarına dərs deyən müəllimlərin mövzu-təqvim planlarının və sillabuslarının təsdiq edilməsi məsələsi də müzakirə edilib.
Sonda iclasın katibi dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.