Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.09.2019

«İxtisarlar lüğəti»

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, BDU-nun mərhum professoru Bayram Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun «İxtisarlar lüğəti» (Bakı, Elm nəşriyyatı, 2019, 232 s.) kitabı işıq üzü görmüşdür.
Kitabın elmi redaktoru tanınmış lüğətçi, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Qara Məşədiyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərəmli və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərovdur.
Lüğət uzun illər toplanmış, bütün sahələri əhatə edən 5500-dən artıq mürəkkəb adların ixtisarından ibarətdir. Ön sözdə Azərbaycan dilində olan qısaltmaların yazılış və oxunuş qaydaları geniş şəkildə şərh edilmiş, həmçinin hər bir ixtisarın qarşısında onun açılışı verilmişdir.
Kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.