Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.09.2019

Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyevaya AMEA-nın professoru diplomunu təqdim edib. 
Sentyabrın 25-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını AMEA-nın vitse-prezidentləri, akademiklər – İbrahim Quliyev, Tofiq Nağıyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev və İradə Hüseynovaya, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə, AMEA-nın Fəxri fərmanlarını İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub.
Sonra akademik Akif Əlizadə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
İclas zamanı akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə Moskva şəhərində keçirilmiş işgüzar görüşün nəticələri barədə danışıb.
Daha sonra akademiyanın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək hesabatların elmi şuralarda vaxtında müzakirə olunub təqdim edilməsini tövsiyə edib.
İclasda hesabatların, o cümlədən müəssisələr tərəfindən həyata keçirilmiş elmi, elmi-təşkilati və digər göstəricilər üzrə fəaliyyət barədə hesabatların AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməsi qərara alınıb. Bölmənin elmi müəssisələrində, eləcə də respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Həmçinin tabeliyində elmi müəssisə və ali məktəblər olan nazirliklərin, eləcə də digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirədən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılıb.


AMEA-nın müxbir üzvü Ə.Sadıqov gündəlikdə yer alan elmi istiqamətlər üzrə elmi şuralar barədə məsələyə də toxunub. Akademik-katib AMEA Rəyasət Heyəti və Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında birgə qərarını xatırladıb. Elmi şuraların nümunəvi əsasnamə layihəsinin hazırlandığını və şuraların tərkibinin formalaşdırılaraq, təsdiq olunmaq üçün AMEA Rəyasət Heyətinə təqdim olunduğunu qeyd edib.
AMEA Rəyasət Heyətinin qərarı ilə elmi istiqamətlər üzrə elmi şuraların tərkibi və nümunəvi əsasnaməsi təsdiqlənib, elmi şuraların fəaliyyətini bu sənədə uyğun təşkil etmək şura sədrlərinə həvalə olunub.
AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Akademik Nazim Məmmədov Fizika İnstitutunun, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, akademik Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, biologiya elmləri doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun və biologiya elmləri doktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat Bağının, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Əlyazmalar İnstitutunun, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin, akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə təsdiq olunublar.   

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.