Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
04.10.2019

”Əcnəbi dillərin uşaqlar tərəfindən mənimsənilməsi”

04 oktyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin böyük elmi işçisi Zülfiyyə Musavinin”Əcnəbi dillərin uşaqlar tərəfindən mənimsənilməsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, xarici dilin, xarici söz və iafadələrin uşaq nitqində mənimsənilməsinin psixolinqvistik məslələrinin tədqiqi aktual bir məsələ kimi tədqiqata cəlb olunmuşdur. Dilçiləri uşaqların dili, onun leksik və qrammatik tərkibini mənimsəmələri, psixoloqları isə necə mənimsəmələri və tətbiq etmələri maraqlandırır. Kitabda xarici dilin uşaqlar tərəfindən mənimsənilməsində psixolinqvistik universalların rolu, uşağın xarici dili öyrənmə qabiliyyəti, xarici dili mənimsəmənin tipləri, xarici dilin tədrisinin psixoloji-pedaqoji və metodiki əsasları və sair kimi mühüm məsələlər araşdırılıb.
Sonra professorlar Məsud Mahmudov, Mayıl Əsgərov, İlham Tahirov, Roza Eyvazova, Riqa şəhəri Klassik Gimnaziyasının direktoru Roman Əliyev çıxış edərək bildirmişlər ki, kitabda uşaqların xarici dilin, xarici söz və ifadələrin öyrənilməsinin psixolinqvistik əsasları barədə geniş məlumatlar öz əksini tapıb.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.