Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.10.2019

17 oktyabrda mərhum türkoloq alim Məhəbbət xanım Mirzəliyevanın 70 yaşı tamam olur

AMEA Nəsimi adına Dilçilik İnstitutuTürk dilləri şöbəsinin kollektivi M.Mirzəliyevanın məzarını ziyarət edib, əklil qoyublar.
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva 17 oktyabr 1949-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971-1972-ci tədris ilində ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. İşlədiyi müddətdə şagird və müəllim kollektivinin dərin rəğbətini qazanmışdır.
Elmi rəhbərliyi ilə 12 nəfər fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 4 elmlər doktoru, 6 fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantın elmi rəhbəri olmuşdur.

2002-ci ildən institutda fəaliyyət göstərən Bakı Dilçilik Məktəbinin rəhbəri, 2002-2012-ci illərdə Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur. 2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibi, 2012-ci ildən isə AMEA Dilçilik İnstitutu nəzdindəki Müdafiə şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
2013-cü il dekabrın 25-dən 2015-ci il aprelin 23-dək AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.
M.Mirzəliyeva 2015-ci ilin aprel ayından yenidən Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Məhəbbət Mirzəliyeva 22 iyul 2016-cı ildə dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!

Türk dilləri şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.