Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
16.10.2019

AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı və elmi işçisi Elnurə Hüseynovanın Müasir Türk dili: Tərcümənin linqvistik problemləri kitabının təqdimatı baş tutdu

Oktyabrın 14-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri  fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbir çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı və elmi işçisi Elnurə Hüseynovanın Müasir Türk dili: Tərcümənin linqvistik problemləri kitabının təqdimatı keçirilmişdir.Kitabın müəllifi Elnurə Hüseynova yeni işıq üzü görən kitabı haqqında məlumatla çıxış etmişdir. Monoqrafiyada Türk dilindən Azərbaycan, rus və ingilis, eyni zamanda Azərbaycan, rus və ingilis dillərindən türk dilinə tərcümədə qarşıya çıxan problemlərə toxunulmuşdur. Kitabda müxtəlif sistemli dillərin bədii ədəbiyyat, hüquq, tibb, qəzet materiallarından istifadə olunmuş, həmçinin tərcümənin Türkiyədə və dünyada keçdiyi tarixi yol haqqında məlumat verilmişdir. Monoqrafiya müxtəlif sistemli dillərdə tərcümə problemlərini araşdıranlar üçün mənbə ola bilər.

Kitabın redaktorları Azərbaycan Milli Arxiv idarəsinin rəisi, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, AMEA Nəsimi adına Dilçilik İnstitunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Roza Eyvazova, kitabın rəyçiləri AMEA Nəsimi adına Dilçilik İnstitunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, AMEA Nəsimi adına Dilçilik İnstitunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, AMEA Nəsimi adına Dilçilik İnstitunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəmilə Rüstəmovadır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.