Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.10.2019

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

Oktyabrın 28-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türk dilləri şöbəsinin təşkilatçılığı ilə tanınmış türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans çərçivəsində alimin nəşr edilmiş əsərlərindən ibarət sərgi də təşkil olunub.
Tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq Məhəbbət Mirzəliyevanın həyat və elmi fəaliyyətindən danışıb. Bildirilib ki, Məhəbbət Mirzəliyeva “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik, “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda isə doktorluq işini müdafiə edib. O, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifələrində çalışıb.


Məhəbbət Mirzəliyevanın Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrini icra etdiyini xatırladan M.Nağısoylu onun yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə malik olduğunu söyləyib. Akademik tədqiqatçı alimin Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində felin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm əsərlər ərsəyə gətirdiyini deyib.
Sonra Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək Məhəbbət Mirzəliyevanın dilçiliyin problemləri, o cümlədən türkologiya sahəsində önəmli tədqiqatlar apardığını bildirib, alimlə bağlı xatirələrini bölüşüb.


Tədbirdə, həmçinin professor İsmayıl Kazımovun “Məhəbbət Mirzəliyevanın fəaliyyətinin çoxşaxəliliyi”, dosent Qətibə Mahmudovanın “Məhəbbət Mirzəliyevanın elmi irsi” və dosent Şəbnəm Həsənlinin “Məhəbbət Mirzəliyevanın ömür yolu” mövzusunda məruzələri dinlənilib.
Konfransda Türk dilləri şöbəsinin müdiri filologiya müdiri fəlsəfə doktoru Elçin İbrahimov çıxış edərək alimin türkologiya ilə bağlı tədqiqatlarının Azərbaycan elmi üçün ən qiymətli nümunələri olduğunu bildirib.

Daha sonra alimin ailəsi adından qardaşı Yaşar Mirzəliyev çıxış edərək konfransın təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Konfrans öz işini “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba, imla, termin” bölmələri ilə davam etdirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.