Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
01.11.2019

“Qırğız və türk dillərinin nəzəri məsələləri” mövzusunda elmi-nəzəri konfrans

2019-cu il oktyabrın 25-26 tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində filologiya elmləri doktoru, professor Taşpolot Sadıkovun 70 illik yubileyinə həsr olunmuş “Qırğız və türk dillərinin nəzəri məsələləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov və həmin şöbənin elmi işçisi Rəna Məmmədova iştirak etmişlər. Professor Məsud Mahmudov konfransın plenar iclasında öncə yubilyarı təbrik etmiş, sonra isə “Korpus dilçiliyinin aktual məsələləri” mövzusunda məruzə etmişdir. Məruzə konfrans iştirakçılarında böyük maraq doğurmuşdur.


Elmi işçi Rəna Məmmədova bölmə iclasında “Konkordanslar dil araşdırmalarında” mövzusunda məruzə etmiş, məruzə ilə bağlı konfrans iştirakçılarının suallarına cavab vermişdir. Konfrans Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyi K.Karasev adına Bişkek Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmişdir. Həmin Universitetin Qırğız filologiyası və Qırğız və türk dillərinin nəzəriyyəsi kafedraları konfransın təçkili və aparılması işlərində fəal iştirak etmişlər. Konfransda bir çox türkdilli dövlətlərin (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya, Başqırdıstan və b.) alimləri qırğız və digər türk dillərinin aktual nəzəri məsələlərinə həsr olunmuş maraqlı məruzələrlə çıxış etmişlər.
Konfransda müzakirə mövzusu olmuş məsələlərin gələcəkdə daha geniş çərçivədə müzakirəsi, elmi sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.