Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
06.11.2019

Nəsimi adına Dilçilik İnstitutunun illik hesabatı dinlənilib

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının illik hesabatı dinlənilib.
İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işləri, “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı danışıb.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2019-cu ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, institutda, 6 kitab, 20 monoqrafiya (5 monoqrafiya, 1 kitab xaricdə nəşr edilib), 258 məqalə (2 impakt faktorlu məqalə): 205-i ölkə daxilində və 53-ü xaricdə (Çexiya, Rusiya, Türkiyə, Fransa, Ukrayna, Qazaxıstan) çap olunub.
Sonra Aynel Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət üzrə, 12 problem, 16 mövzu, 103 iş yerinə yetirilmişdir. 2019-cu il ərzində 6 mövzu və 54 iş tamamlanıb.
2019-cu il üçün ən mühüm elmi nəticələr sırasında isə professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi” (Bakı, "Elm" nəşriyyatı, 2019, 608 s.), Azərbaycan dilinin qrammatikası. I cild. Fonetika. Fonologiya. (Bakı, Elm, 2019, 676 s) və “Orfoqrafiya lüğət”i (2019, VII nəşr) əsas götürülüb.İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar da diqqətə çatdırılıb.
Vurğulanıb ki, institutun əməkdaşları Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən konfranslarda fəal iştirak edirlər. 
Daha sonra professorlar İsmayıl Məmmədli, Qara Məşədiyev, Sayalı Sadıqova, İlhami Cəfərsoy, Roza Eyvazova, Sevinc Əliyeva, dosentlər Qətibə Quliyeva ,Elçin İbrahimov və Qadınlar Şurasının sədr müavini Sevil Zülfüqarova hesabat ətrafında çıxış edərək müzakirələr aparıblar.
İclasda çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov institutun illik hesabatını çox yüksək qiymətləndirib. Vurğulayıb ki, Dilçilik İnstitutunun 5 jurnalının nəşri, dilçilik.az veb saytının fəaliyyəti, Azərbaycan dilinin digər türk dilləri ilə müqayisəli şəkildə öyrənilməsi, dil tarixi ilə bağlı məsələlərin araşdırılması təqdirəlayiq işlərdir.
Sonda akademik Möhsün Nağısoylu Muxtar İmanova öz təşəkkürünü bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.