Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.12.2019

Türkiyəli alimin məruzəsi maraqla qarşılanıb

16 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda təşkil olunan elmi seminarda Hacettepe Universitetinin professoru, Sözlük Bilimi Uyğulama və Araşdırma Mərkəzinin sədri Şükrü Haluk Akalın “Türk dili tarixində Günəş dil nəzəriyyəsi: Dünəni və bu günü” məruzəsilə çıxış edib.
Məruzəçi bildirib ki,  bu nəzəriyyə türk dilinin dünya tarixindəki ilk dillərdən biri olduğunu müdafiə edən Dilçilik nəzəriyyəsidir.
Nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk  tərəfindən dəstəklənildi və inkişaf etdirildi
Sonra alim qeyd edib ki, dilin mənşəyinə dair qədimlərdən bəri bir sıra müхtəlif nəzəriyyələr mövcud olub. Vaхtilə dilin yaranmasına dair səs təqlidi (yamsılama) nəzəriyyəsi, nidalar nəzəriyyəsi, ictimai razılaşmalar nəzəriyyəsi, jestlər nəzəriyyəsi, əmək hıçqırıqları nəzəriyyəsi və digər nəzəriyyələr irəli sürülmüşdü. Dillərin inkişafındakı bəzi istiqamətləri aydınlaşdırmaq üçün bu nəzəriyyələr müəyyən əhəmiyyət kəsb etmişlər.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akedemik Möhsün Nağısoylu Şükrü Haluk Akalına institut adından öz təşəkkürünü bildirib.
İclasda M.Nağısoylu Dilçilik İnstitutunun fəaliyyət istiqamətləri və müəssisədə görülən işlər barədə qonağa məlumat verib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.