Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.12.2019

Qazaxıstan alimləri AMEA Nəsimi adına Dilçilik İnstitutunda görüşdə olub

19-20 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan “Dil-Kazına” Mərkəzinin əməkdaşları Gülfar Majitova və Nazım Nurqazinovnu iştirak ediblər. Görüş çərçivəsində alimlər latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təqdim ediblər.
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu iclası açaraq öncə institut, sonra şöbələrin struktur və vəzifələri barədə məlumat verib. Gülfar Majitova bildirib ki, latın qrafikalı qazax əlifbasının yeni versiyası türkdilli ölkələrin yaxınlaşmasına imkan verəcək.


Gülfar Majitova onu da vurğulayıb ki, artıq Qazaxıstan 2025-ci ilədək latın qrafikalı yeni əlifbaya keçməklə bağlı hazırlıqlar həyata keçirir. Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası hazırda 42 hərfdən ibarətdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.