Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.12.2019

“Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı kitabı çap olunub.
Kitabın elmi redaktoru akademik Kamal Abdulla, redaktoru Könül Mirzəyevadır.
Kitabda dilçi-mətnşünas Möhsün Nağısoylu Nəsimi irsinin nəşrlərindəki mövcud problemləri araşdırır, onlara müəllif münasibəti bildirir. Müəllif mövzu ilə bağlı fikirlərini əsaslandırmaq üçün bir çox hallarda ilkin qaynaqlara- əlyazma kitablarına üz tutaraq mövcud faktlara söykənir.
Girişdə cənab Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamından bəhs olunur.
Kitab iki fəsildən ibarətdir. Birinci fəsil“ Nəsiminin Azərbaycan klasik poeziyasında və ədəbi dil tarixində yeri” adlanır. Akademik qeyd edir ki, Azərbaycan ədəbiyyatında Seyid İmadəddin Nəsiminin özəl yeri və məqamı, xüsusi çəkisi və sanbalı vardır.
“Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı ikinci fəsildə Nəsimi irsinin Azərbaycanda nəşrləri, Nəsimi qəzəlləri: çoxvariantlılıq və səbəbləri kimi məsələlər öz əksini tapıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.