Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.12.2019

Beynəlxalq Elmi-Nəzəri konfransda

19-20 dekabr 2019-cu ildə Qazaxıstanın Almatu şəhərində Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin A.Baytursınov adına Dilçilik İnstitutu, Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin S.S. Kirabayev adına qazax dili və ədəbiyyatı kafedrası və Avroasiya Elmi-Tədqiqat İnstitutunun birgə iştirakı ilə görkəmli ictimai xadim, qazax dilçiliyinin banisi, ilk professor, pedaqoq –alim Kudayberqen Jubanovun 120 və onun oğlu, filologiya elmləri doktoru, professor Eset Jubanovun 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-Nəzəri Konfrans keçirilmişdir. Həmin konfransda İnstitutun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov plenar iclasda “Tezlik lüğətlərinin tərtibinə fərqli yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransda qazax və türk dilçiliyinin aktual problemləri, Kudayberqen və Eset Jubanovların elmi irsinin əsas istiqamətləri, Qazaxıstanda yazı islahatı məsələləri müzakirə obyekti olmuşdur.
Beynəlxalq konfransda Qazaxıstan, Azərbaycan Türkiyə, Rusiya, Başqırdıstan, Qırğızıstan ölkələrindən dilçi-alimlər, görkəmli ictimai xadimlər, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak edirdi.
Konfransda müzakirə olunan əsas istiqamətlər aşağıdakılardır:
Professor Kudayberqen və Eset Jubanovların dilçilik irsi. Jubanovşünaslıq sahəsində tədqiqatlar;
Milli yazı sistemi, orfoqrafiya və latın qrafikasının tədrisi məsələləri;
Qazax və türk terminologiyası. Terminlərin latın qrafikasına orfoqramlaşdırılması;
E.Jubanov və qazax dilinin tarixi mənbələri: ədəbi dil, üslubiyyat, tekstoloji tədqiqatlar;
İctimai təfəkkürün (şüurun) modernləşdirilməsi sahəsində qazax dilçiliyinin yeni istiqamətləri;
Sosiolinqvistika: dövlət dili – millətlərarası ünsiyyət vasitəsi kimi;
Korpus dilçiliyi, tezlik lüğətləri, milli klaviatura və mətnlərin latın qrafikasına avtomatik kodlaşdırılması problemləri;
K.K.Jubanovun didaktik baxışları. Qazax dili və ədəbiyyatının tədrisinin yeni texnologiyaları;
K.K.Jubanov və ədəbiyyatşünaslıq, abayşünaslıq, incəsənət və kulturologiya problemləri.
Konfransın işçi dilləri qazax, rus və ingilis dilləri hesab olunurdu.
Konfrans materialları çap olunaraq iştirakçılara paylanılmışdır.

Konfransı giriş sözü ilə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin A.Baytursınov adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Erden Kajıbek, Abay adına Milli Pedaqogika Universitetinin rektoru Taxir Balıkbayev və Avroasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Vakur Sumer açmışlar.
Plenar iclasda E.Kajıbek, Ö.Aytbayulı, Z.Bazarbayeva, M.Ə.Mahmudov, T.Sadıkov, A.Aldaş, Q.Kosımova, B.Momınova, A.E.Jubanova, N.A.Sadyakas, M.Mirov məruzə ilə çıxış etmişlər.
Plenar iclası Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin A.Baytursınov adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor E.Kajıbek yekunlaşdırmışdır.
I seksiyada (Professor Kudayberqen və Eset Jubanovların dilçilik irsi. Jubanovşünaslıq sahəsində tədqiqatlar) 27 məruzə, II seksiyada (Milli yazı sistemi, orfoqrafiya və latın qrafikasının tədrisi məsələləri) 9 məruzə, III seksiyada (Qazax və türk terminologiyası. Terminlərin latın qrafikasına orfoqramlaşdırılması) 20 məruzə, IV seksiyada (E.Jubanov və qazax dilinin tarixi mənbələri: ədəbi dil, üslubiyyat, tekstoloji tədqiqatlar) 5 məruzə, V seksiyada (İctimai təfəkkürün (şüurun) modernləşdirilməsi sahəsində qazax dilçiliyinin yeni istiqamətləri) 5 məruzə, VI seksiyada (Sosiolinqvistika: dövlət dili – millətlərarası ünsiyyət vasitəsi kimi) 6 məruzə, VII seksiyada (Korpus dilçiliyi, tezlik lüğətləri, milli klaviatura və mətnlərin latın qrafikasına avtomatik kodlaşdırılması problemləri. K.K.Jubanovun didaktik baxışları. Qazax dili və ədəbiyyatının tədrisinin yeni texnologiyaları. K.K.Jubanov və ədəbiyyatşünaslıq, abayşünaslıq, incəsənət və kulturologiya problemləri) 18 məruzə dinlənilmişdir.
Filologiya elmləri doktoru, professor Məsud Mahmudov V seksiyanın müzakirələrində iştirak etmiş, bir sıra sualları cavablandırmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.