Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.12.2019

Təhsil terminləri lüğəti

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin elmi işçisi Sevinc Səfərovanın həmmüəllif olduğu “Təhsil terminlərinin izahlı lüğət”i çap olunub.
Lüğətin digər müəllifləri İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru , Əməkdar müəllim Sevda Quliyeva və Şirvan rayonu Kimya-Biologiya təmayüllü liseyin direktoru Hüseyn Mirzəyevdir.
Lüğətin redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi , filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova, rəyçilər Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi Nəriman Seyidəliyev və filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynovadır.
Təhsilin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində terminlərin toplanması onların sistemləşdirilməsini və “Təhsil terminlərinin izahlı lüğəti”nin tərtibini zəruri edib. 
Lüğətdə terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində - dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsi ilə başqa dillərdən birbaşa alınan terminlər alınan terminlər əsas götürülüb. Elmi mənbə olan bu lüğətdə hər bir terminin mənşəyi, izahı verilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.