Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Yanvarın 17-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik M.Nağısoylu bilidirib 30 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Akademik M.Nağısoylu o, qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, Ulu Öndərin qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.
Tədbirdə çıxış edənlər professor İlhami Cəfərsoy, filologiya elmləri doktoru Sevinc Əliyeva, dosentlər Şahlar Məmmədli, Füzuli Mustafayev xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat vermişlər. Vurğulanıb ki, Qanlı Yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar faciəsi həm də Azərbaycan tarixində bir qürur mənbəyidir.
Sonda 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı professor Sayalı Sadıqova qardaşı ilə bağlı xatirələrini danışıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.