Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.01.2020

Dilçilik İnstitutunun illik iş planı təsdiq olunub

24 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın 2020-ci il üçün ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan müəssisənin direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, 2019-cu il Dilçilik İnstitutu üçün uğurlu bir il olub. Akademik qeyd edib ki, Nəsimi ilində mühüm işlər görülüb.Nəsiminin yaradıcılığı ilə bağlı 4 kitab çap olunub. İlin mühüm nəticəsi kimi “Azərbaycan dilinin tarixi sintaksisi”kitabı işıq üzü görüb. Müstəqillik dövrünün ilk elmi qrammatikası yaradılıb.
Sonra Elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.

İclasda Dilçilik İnstitutunun illik iş planı və elmi tədqiqat işlərinin fərdi planı təsdiq olunub.
Bununla yanaşı, AMAE Nəsimi adına Dilçilik İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.