Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.02.2020

Gənclər Günü münasibətilə tədbir keçirilib

31 yanvarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışan M.Nağısoylu bildirib ki, bu sahə ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, filologiya üzrə fəlsəfə doktorları Turan Hüseynova, Qətibə Quliyeva, Elçin İsmayılov çıxışlarında bildiriblər ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Gənclər diqqətdən kənarda qalmır, onların elmi yaradıcılığı və fəaliyyətləri yüksək qiymətləndirilir.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə fəxri fərmanlar verilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.