Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.02.2020

Pietro Della Vallenin "Grammatica lingva della turca" əsərinin müzakirəsi keçirilib

Yanvarın 31-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi seminarın növbəti iclası keçirilib. İclasda filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın Pietro Della Vallenin "Grammatica lingva della turca" əsərinin müzakirəsi keçirilib.
Məruzə ilə çıxış edən X.Heydərova bildirib ki, Pietro Della Valle 1617-1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner qismində yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində tərcüməli şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir.

Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi idi. Təəssüf ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmayıb. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlərboyu yaşayan dilimizin zənginliyindən xəbər verir.
Sonda məruzə ilə bağlı suallar verilib, çıxışlar dinlənilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.