Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.02.2020

Elçin İbrahimov Özbəkistanda elmi ezamiyyətdə olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Özbəkistada elmi ezamiyyətdə olub.

Elçin İbrahimov əvvəlcə (7 fevral 2020) Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunda böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə bağlı konfransda iştirak edib. Konfransda “Türk dünyasında türkologiyanın aktual problemləri” mövzusunda çıxış edən E.İbrahimov “Özbəkistan-Azərbaycan elmi-mədəni əlaqələrindən və Əlişir Nəvai yaradıcılığının məziyyətlərindən danışıb, şairin əsərlərinin ortaq türk dilində çap edilməsinin vacibliyini vurğulayıb.

Deyib ki, biz Əlişir Nəvainin, Yunus Əmrənin, Xoca Əhməd Yasəvinin və digər şairlərin əsərlərini ortaq türk dilində nəşr etsək, türk dünyasının mədəni irsini də qorumuş və yaşatmış oluruq”.

Elçin İbrahimov 8 fevral 2020-ci ildə Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransında iştirak edib. Konfransda E.İbrahimov “Əlişir Nəvainin “Mühakimatül-lüğəteyn” əsərinin türk dilinə təsiri” mövzusunda çıxışı maraqla qarşılanıb.

Elçin İbrahimov 10-11 fevral tarixlərində böyük özbək şairi Əlişir Nəvainin adını daşıyan Səmərqənd Dövlət Universitetində "Türkologiya" jurnalının təqdimatını mərasimində iştirak edib.
Tədbirdə filologiya fakültəsinin dekanı, professor Jeliboy Eltazarov jurnalın tarixindən danışıb, keçmiş SSRİ dövründə "Sovetskaya tyurkologiya" adı ilə belə nüfuzlu elmi nəşrin yalnız Azərbaycanda çap edildiyini bildirib. J.Eltazarov jurnalın bugünkü fəaliyyəti haqqında da məlumat verib, gələcəkdə bu jurnalla əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov "Türkologiya" jurnalı haqqında geniş məlumat verib, jurnalın Türk dünyasında populyar olduğunu bildirib. O, çıxışında qeyd edib ki, 2016-cı ildə akademik Kamal Abdulla "Türkologiya" jurnalına baş redaktor təyin olunandan sonra jurnalın nəşr həyatı canlanıb və keçmiş nüfuzunu geri qaytarıb. Artıq "Türkologiya" jurnalı Dünya türkologiyasında nüfuzlu elmi məcmuəyə çevrilib, orada dörd dildə məqalələr dərc olunur. Elçin İbrahimov onu da bildirib ki, son illərdə xarici elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən jurnal EBSCO başda olmaqla bir sıra nüfuzlu beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına (MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilib.

Sonda Elçin İbrahimov doktorant və dissertantların suallarını cavablandırıb. Tədbirdə Səmərqənd Dövlət Universitetinin filologiya və tarix fakültəsinin professor-müəllim heyəti, dissertantlar və tələbələr iştirak ediblər.


12 fevral 2020-ci ildə Elçin İbrahimov “Türkologiya” jurnalının və “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabının təqdimatı iştirak edib.
Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Elm və Tədqiqatlar Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının və Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabının təqdimatı keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova çıxış edərək burada müxtəlif tədbirlərin keçirildiyini bildirib, hələ sovet dövründə “Sovetskaya Turkologiya” adı ilə çap olunan jurnalın tarixindən danışıb.
Universitetin kafedra müdiri, professor Nurbay Cabborov, professorlar Baxtiyar Abduşukurov, Uzak Curakulov, Dilnəvaz Yusupova və başqaları bildiriblər ki, jurnal təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə, tarix kimi sahələri əhatə edir.
Sonra onlar kitabın əhəmiyyətindən danışıblar.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2016-cı ildə akademik Kamal Abdullayev “Türkologiya” jurnalına baş redaktor təyin edildikdən sonra nəşrin populyarlaşdırılması istiqamətində böyük işlər görülüb və beynəlxalq indekslərə daxil edilib.
E.İbrahimov türk dünyasının ortaq dil və ortaq əlifba problemi ilə bağlı fikrilərini də bölüşüb.
Sonra o, jurnal və kitabın bir neçə sayını mərkəzə hədiyyə edib.

Həmin gün Elçin İbrahimov Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində Filologiya fakültəsinin magistr və doktarantlarına “Türkologiyanın aktual problemləri-Türk dünyasında əlifba, ünsiyyət dili” mövzusunda onlara mühazirə oxuyub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.