Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
03.03.2020

Dilçilik İnstitutunda əcnəbilər üçün hazırlanmış dərs vəsaitlərinin təqdimatı olub

Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün hazırlanmış dərs vəsaitləri komplektinin təqdimatı olub.

Tədbir Dilçilik İnstitutu, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Dilçilik İnstitutunun “Salam Azərbaycan!” layihəsi çərçivəsində nəşr olunan kitablar barədə məlumat verib. Bildirilib ki, bu layihə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq A, B, C səviyyələri üzrə tədris vəsaitləri komplekti hazırlamağı nəzərdə tutub. Hazırda A və B səviyyələri təqdim edilən bu vəsaitlər komplekti Azərbaycan dilini rus və ingilis dilləri bazasında öyrənmək istəyən əcnəbilər üçün nəzərdə tutulur.

Akademik İ.Həbibbəyli ölkə rəhbərinin Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində fərman və sərəncamlarını xatırladıb, təqdim olunan tədris vəsaitlərinin həmin mühüm sənədlərin icrasına əsasən nəşr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, dərs vəsaitləri ölkəmizdə və xaricdə yaşayan vətəndaşlar üçün doğma dilimizin öyrənilməsi baxımından da əvəzsiz imkanlara malikdir. Belə ki, həmin insanlar ölkəmizə gəlmədən belə öz vətənlərində onlayn şəkildə bu vəsaitlərdən istifadə edərək Azərbaycan dilini lazımi səviyyədə öyrənə biləcəklər.

AMEA-nın birinci vitse-prezidenti ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dil siyasətindən, ölkəmizdə Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində görülən işlərdən də söz açıb.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, “Salam, Azərbaycan!” layihəsinin müəllifi və rəhbəri, professor Mayıl Əsgərov, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov layihə barədə məlumat verib, dərs vəsaitləri komplektinin doğma dilimizi öyrənmək istəyən əcnəbilər üçün dəyərli mənbə olduğunu qeyd ediblər.

Bildirilib ki, “Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında həyata keçirilən layihənin əsas məqsədi dövlətimizin dil siyasətinə xidmət etmək, bu siyasətin reallaşması işinə dəstək verməkdir. Dərs vəsaitləri komplekti hər dil üzrə 5 kitabdan ibarətdir. Bu kitablardan Azərbaycanın elmi-tədqiqat institutlarında və ali məktəblərində təhsil almaq istəyən əcnəbilər, eləcə də Azərbaycan dilini əsaslı şəkildə öyrənmək istəyən şəxslər istifadə edə bilərlər.

Tədbirdə Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin və digərləri çıxış edərək əcnəbilər üçün nəzərdə tutulmuş dərs vəsaitini yüksək dəyərləndirib, kitabların ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.