Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.03.2020

“Türkologiya” jurnalının 2020-ci il üçün ilk sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 1-ci sayı (2020) çapdan çıxıb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının bu sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın birinci sayında bu il 120 illiyi qeyd edilən görkəmli dilçimiz Muxtar Hüseynzadə haqqında yazı və böyük alimin “Təyini söz birləşmələri” adlı fundamental araşdırmasına, R.Əliquliyev, Y.Cəfərov və Ə.Qurbanovanın “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycanvətəndaşlarının adlandırılması məsələləri” və A.Musayev və S.Səməndərovun “Əli bəy Hüseynzadənin iqtisadi fikirləri” məqaləsinə yer verilmişdir.
Jurnalda həmçinin müxtəlif tədqiqat mərkəzlərindən göndərilmiş orijinal məqalələr də dərc edilmişdir: “Djanfeda, Chincha, Goher: Yasberen üzümçülüyü tarixində türklərin rolu” (Macarıstan), “İranın Qərbi Azərbaycan ostanının cənubunda yerləşən Miyandoab (Qoşaçay) şəhristanının adət-ənənələri” (İran, Cənubi Azərbaycan), “Müqayisələr və milli obrazın spesifikliyi” (Özbəkistan), “Əhməd Yəsəvi Universitetində türkoloji araşdırmalar” (Qazaxıstan).
E. İbrahimov xüsusi olaraq qeyd edib ki, bu sayın Türkoloji müsahibə rubrikasında görkəmli Azərbaycan dilçisi professor Aydın Ələkbərovla “Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdullanın xatirə və faktlarla zəngin yaddaqalan söhbəti əksini tapıb.
“Elmi həyat”, “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar dərc edilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.