Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.04.2020

SOSİAL TƏCRİD ŞƏRAİTİNDƏ AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNDA
ELMİ FƏALİYYƏT

Dünyanın bir çox ölkələrini öz dalğasına bürüyən yeni növ koronavirus infeksiyasının Azərbaycanda daha geniş yayılmasının qarşısının alınması və vətəndaşların qorunması, sosial izolyasiya mühitində təhlükəsiz şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi müəyyən edilmişdir. Bu tədbirlər çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi kollektivi də ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edir.
İnstitut əməkdaşları 2020-ci ilin birinci yarısı üçün həyata keçirilməsi nəzərdə tutulan plan işlərini tam şəkildə yerinə yetirə bilməsələr də, nəzəri-təcrübi araşdırmalarını karantin rejimi çərçivəsinə uyğun olaraq davam etdirirlər. İnstitutun direktoru akademik Möhsün Nağısoylu bir müddətdir üzərində çalışdığı, dünya türkoloqlarının da tədqiqat obyektinə çevrilən Dədə Qorqudun yeni variantının əlyazmasının üç nəşrini orijinal mətnlə müqayisə edərək, müqayisəli elmi-tənqidi mətnini hazırlayıb, qrammatik-tekstoloji oçerkini və sözlüyünü tərtib edib. Akademik Möhsün Nağısoylu və Terminologiya şöbəsinin müdiri prof. Sayalı Sadıqovanın həmmüəllif olduqları Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” adlı monoqrafiya üzərində bütün tamamlama işləri bitərək, nəşriyyata təqdim edilib.
Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dos. Baba Məhərrəmli “Azərbaycan dilinin kök sözlər lüğəti” geniş həcmli tədqiqat işi üzərində çalışmaqla yanaşı, “Müasir Azərbaycan dilinin akademik qramamtikası” kollektiv monoqrafiyanın Leksika hissəsinin bir bölməsini hazırlayıb. Dilçilik İnstitutunun elmi katibi fil.ü.f.d., dos. Aynel Məşədiyeva dördcildlik “Azərbaycan dilinin aka¬demik qrammatikası” kollektiv monoqrafiyanın Morfologiya hissəsinin “Türk dillərində feilin təsriflənməyən formaları” bölməsini bitirmişdir.
Prof. İsmayıl Kazımovun rəhbərlik etdiyi “Müasir Azərbaycan dili” şöbəsinin əməkdaşları “Müasir Azərbaycan dilinin qrammatikası”nın yeni akademik nəşri üzərində tədqiqat işlərini davam etdirirlər. Sonuncu dəfə 1970-80-ci illərdə iki cilddə çap olunan, fonetika, leksika, morfologiya və sintaksis bölmələrindən ibarət olan akademik nəşr əsas götürülüb, bir sıra dəyişikliklər, indiyə qədər işlənilməyən mövzular daxil edilib. Şöbə müdiri prof. İsmayıl Kazımovun rəhbərliyi və bütün əməkdaşların gərgin əməyi nəticəsində dörd cilddə planlaşdırılan “Müasir Azərbaycan dilinin akademik qrammatikası” kollektiv monoqrafiyanın birinci cildi – Fonetika hissəsi çapa tam hazırlanıb, ikinci cild – Leksika hissəsi üzərində tədqiqatların əsas hissəsi yerinə yetirilmişdir. “Azərbaycan dilinin aka¬demik qrammatikası” kollektiv monoqrafiyanın Leksika hissəsinin “Azərbaycan dilinin leksikası” bölməsini institutun qocaman əməkdaşı, prof. Qara Məşədiyev hazırlayıb. Ümumiyyətlə, yeni qrammatikanın hazırlanmasında institut əməkdaşları ilə yanaşı respublikanın ayrı-ayrı təhsil elm və təhsil mərkəzlərində fəaliyyət göstərən dilçi alimlər də cəlb olunmuşdur.
Prof. İsmayıl Məmmədlinin rəhbərlik etdiyi “Tətbiqi dilçilik” şöbəsində də elmi tədqiqatlar davam edir, şöbə ev şəraitində elektron resurslardan itifadə edərək plan işlərini yerinə yetirir, tədqiqat işlərini davam etdirirlər. Şöbə əməkdaşları “Azərbaycan dilinin izahlı lüğəti”nin təkmilləşdirilmiş yeni nəşri üzərində işləyirlər. Bundan əlavə şöbə əməkdaşları fil.ü.f.d. Arzu Hüseynova və fil.e.d. Nəriman Seyidəliyevin beynəlxalq indeksli “Татарика” jurnalında «Значение слов татар и татарлых в «Диване» Гази Бурханаддина» adlı məqaləsi çap olunmuşdur.
Türk dilləri şöbəsində də elmi fəaliyyət mövcud şəraitə uyğun olaraq öz axarında davam edir. Şöbə müdiri, fil.ü.f.d. Elçin İbrahimov “Müstəqil türk dövlətlərində dil siyasəti” mövzusunda tədqiqatlarını davam etdirmiş, məsul katibi olduğu beynəlxalq indeksli “Türkologiya” jurnalının 2020-ci il üçün ilk sayının nəşrinə nail olub. Şöbə əməkdaşlarından fil.ü.f.d., dos. Elnarə Əliyeva plan işi olan “Türk dillərində hal və mənsubiyyət kateqoriyası” mövzusu üzərində tədqiqatını davam etdirmiş, həmmüəllifi olduğu “Azərbaycanca-tatarca-ingiliscə-rusca danışıq kitabçası”nı çapa hazırlayıb. Gənc tədqiqatçı Dilbər Camali “Türk dillərində modal sözlər” adlı plan işinin bir hissəsini bitirib, “Müəllimlər müəllimi Muxtar Hüseynzadə-120” adlı məqaləsini çapa təqdim edib. Türk dilləri şöbəsinin əməkdaşları plan işlərinə dair tədqiqatlarını davam etdirir.
Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın nəşrə hazırlanma işlərini davam etdiriblər. Atlas “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır. Elmi-tədqiqat planına uyğun olaraq şöbə müdiri, dos. Kifayət İmamquliyevanın rəhbərliyi altında bölgələrdə aparılan tədqiqatların nəticələri təhlil edilib, zəngin tarixi, coğrafi və linqvistik materiallar əsasında tərtib edilən məlumatlar atlasda öz əksini tapıb.
Sosiolinqvistika və psixolinqvisitika şöbəsinin müdiri fil.e.d. Mayıl Əsgərov şöbə əməkdaşlarının karantin dövründə gördüyü işlərlə tanış olmaq, sosial təcrid şəraitində elmi fəaliyyəti davam etdirmək və “Salam, Azərbaycan” layihəsi üzrə davam edən işlərin nəticələri, bu dövrdə ediləcək növbəti plan işlər ilə bağlı tövsiyələrini vermək üçün məsafədən iclas keçirib. İclasda şöbə əməkdaşlarının karantin dövründə gördükləri elmi-tədqiqat işlərinə dair hesabatları dinlənilmiş, müzakirə şəklində keçən iclasda şöbə müdiri görülən işlərlə bağlı irad, təklif və tövsiyələrini bildirmişdir.
Dilçilik İnstitutunun prioritet istiqamətlərindən biri ədəbi dil normalarının pozulmasının qarşısının almaq, Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasını təmin etmək, monitorinqlər keçirmək və buna uyğun olaraq treninqlər keçirməkdir. Bu istiqamətdəki işləri yerinə yetirən Monitorinq şöbəsi xüsusi karantin rejimində fəaliyyətini davam etdirmişdir. Şöbə müdiri fil.e.d, prof. Sevinc Əliyeva sosial təcrid günlərində televiziya və radio kanalarrının qonağı olmuş, 20 aprel 2020-ci il tarixində Mədəniyyət kanalında efirə gedən “Mənəviyyat körpüsü” verilişində bu çətin günlərdə hər bir vətəndaşın üzərinə düşən borcun məsuliyyətini anlamalı olduğunu, belə anlarda mənəvi bağların möhkəmliyinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Dünyanı öz çənginə alan COVİD-19 pandemiyası dövründə AMEA Nəsimi adına Dilçilik İnstitutun əməkdaşları elmi fəaliyyətlərini sosial təcrid şəraitində də davam etdirir, mövcud şəraitdə əldə olan bütün qaynaqlardan istifadə edərək elmi yaradıcılıqlarını genişləndirir, onlayn müzakirələr keçirir, telegörüşlərdə iştirak edir, plan işləri, monoqrafiya, kitab və məqalələrin hazırlanması üzrə müvafiq məsləhətləşmələr aparırlar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.