Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.05.2020

DİLÇİLİK İNSTİTUTUNUN ELMİ KOLLEKTİVİ PLAN İŞLƏRİNİ SOSİAL TƏCRİD ŞƏRAİTİNDƏ DAVAM ETDİRİR  

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi kollektivi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edir. İnstitut əməkdaşları 2020-ci ilin birinci yarısı üçün həyata keçirilməsi nəzərdə tutulan plan işlərini, nəzəri-təcrübi araşdırmalarını karantin rejimi çərçivəsinə uyğun olaraq davam etdirirlər.

İnstitutun Hind-Avropa dilləri şöbəsində plan işləri şöbənin illik planına uyğun olaraq davam etdirilir. Şöbə müdiri fil.e.d., prof. İlham Tahirov 2019-cu il yerinə yetirilmiş “ Azərbaycan coğrafi adlarının ingilis dilinə transliterasiyası ” plan işinin “Azərbaycan coğrafi adları ingilis dilində” adlı kitab şəklində nəşrə hazırlanması üzərində işləyir. Kitabda respublikanın bütün şəhər və rayonları üzrə 4590 şəhər, rayon, qəsəbə, kənd inzibati ərazi vahidi adlarının ingilis dilinə transliterasiyası veriləcək. Bundan başqa “London strukturalizmi” adlı monoqrafiyası üzərində redaktə işlərini davam etdirib. Şöbə əməkdaşı fil.ü.f.d., dosent. Gülşən Axundova tarixə dair bir monoqrafiyanın redktoru olmuş, Dialektologiya şöbəsində yerinə yetirilmiş “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın ingilis və rus dillərində olan variantlarını redaktə işini bitirib. Şöbənin digər əməkdaşı fil.ü.f.d., dosent. Lalə Qurbanovanın “Experimental-Phonetic Analysis of Suprasentential Units in the English Language” adlı məqaləsi beynəlxalq nüfuzlu jurnalda - International Journal of English Linguistics (Vol. 10, No. 3) jurnalında çap olunmuşdur. Elmi işçilər Sevinc “Yaxşı” və “pis” konseptli idiomatik ifadələrin struktur xüsusiyyətləri”, Bəturə Əliyeva “İtalyan və Azərbaycan dillərinin söz yaradıcılığında suffikslərin rolu”, Sədaqət Cumayeva “Alman dilində samitlərin distribusiyası” adlı elmi məqalələrini çapa hazır ediblər.

İnstitutun aparıcı şöbələrindən biri olan və kompüter dilçiliyi, riyazi dilçiliyin müxtəlif sahələrinin aktual məsələləri ilə məşğul olan Kompüter dilçiliyi şöbəsində də plan işləri öz axarında davam etdirilir. Şöbənin əməkdaşı fil.ü.f.d., dos. Könül Həbibova, fil.ü.f.d., dosent Nəzakət Qaziyeva, elmi işçi Rəna Məmmədova, Türkiyə, Rusiya, Fransa, İngiltərədə keçiriləcək beynəlxalq konfranslarda iştirak etmək üçün tezislərini təqdim edib.

İnstitutun Monitorinq şöbəsinin əməkdaşı fil.ü.f.d., dosent Şahlar Məmmədovun   mətbuatda “ Bayram sözü necə yaranıb?”,  “Kainatı yenidən yaratmaq üçün onu məhv edən Şiva” adl ı publisistik yazıları dərc olunub (axar.az saytı). Dosent Şahlar Məmmədov həmçinin “ «Par» mənşəli sözlərin ilkin fonovariantları haqqında ” elmi tədqiqatını davam etdirir.

İnstitutun gənc şöbələrindən biri olan Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları elmi tədqiqat işlərini onlayn resurslar, elektron kitabxanalardan istifadə etməklə davam etdirirlər. Şöbə müdiri, fil.e.d. İlhami Cəfərsoy qədim xalqların etnik kökəni və mənşəyi məsələlərinə dair araşdırmalarını davam etdirib, “ İtaliyanın Bakuvi soyadlı şairi” adlı elmi-publisistik məqalə 525-ci qəzetdə dərc olunub (15 aprel 2020).

AMEA Nəsimi adına Dilçilik İnstitutun əməkdaşları mövcud çəraiti nəzərə alaraq elmi fəaliyyətlərini davam edirməyə çalışır, onlayn müzakirələrdə, tədbir və konfranslarda iştirak edir, plan işləri, monoqrafiya, kitab və məqalələrin hazırlanması üzrə aşardırmalar aparırlar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.